Tahir Kərimli: “İsa Qəmbər əslində numiral rəhbərdir” AÇIQLAMA
"Artıq bu bir reallıqdır ki, İsa Qəmbər Müsavat Partiyasını qoruyub saxlamaq gücündə deyil". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli Müsavat Partiyasının başqanı İsa Qəmbərin son anda başqanlıqdan getməyə bilər fikrinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, əgər son bir ilə nəzər salınsa aydın olar ki, İsa Qəmbərin heç bir uğurlu fəaliyyəti gözə çarpmayıb: "Bu şəxsin rəhbərliyi əslində numiral xarakter daşıyır. Bu mənada hesab edirəm ki, Müsavatın öz gücünü, sosial bazasını itirməsini, zəifləməsini İ.Qəmbər başqanlıqdan getməsi ilə kampensasiya edə bilər. Güman edirəm ki, nizamnamədəki düzəlişlər onun istefasını sürətləndirəcək. Amma diqqəti çəkən digər məqam odur ki, qalib gəlmək şansaları az olan namizədlər çalışırlar ki, İ.Qəmbər namizədliyini qoruyub saxlasın. Düşünürəm ki, hər bir halda Müsvatın qurultayından sonra və ora kimin başqan seçilməyindən asılı olmayaraq bu partiya xeyli zəifləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB