Prezident və xanımı Xalça Muzeyinin açılışında iştirak ediblər

Prezident və xanımı Xalça Muzeyinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış etdilər. Onlar birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış oldular, burada nümayiş etdirilən xalçalara baxıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə