Ərdoğan ilk səfərini Azərbaycana edəcək

Ərdoğan ilk səfərini Azərbaycana edəcək

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr məlum olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə R. T. Ərdoğan deyib.

O bildirib ki, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcək.

Qeyd edək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə R. T. Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə