Türkiyə Böyük Millət Məclisinin (TBMM) Fələstin Dostluq Qrupunun üzvləri Ankarada Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan azərbaycanlı hərbçiləri və fələstinli yaralıları ziyarət edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, TBMM-nin Fələstin Dostluq Qrupunun üzvü, Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Muzaffer Yurttaş onların vəziyyəti ilə maraqlandıqlarını söyləyib.
"Qəzzadan gətirilən dörd və Azərbaycandan gətirilən 2 nəfəri müalicə olunduğu xəstəxanada ziyarət etdik. Hazırda onların müalicəsi davam etdirilir. Biz Qəzzada və Azərbaycanda insanların yanan şamlarının işığını sönməyə heç zaman imkan vermərik. Dünyanın harasında olursa olsun, Türkiyə onlara öz yardımını heç zaman əsirgəməyəcək"- deyə, o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB