Fəzail Ağamalıdan Türkiyə prezidentinə məktub

Fəzail Ağamalıdan Türkiyə prezidentinə məktub

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rəcəb Tayyib Ərdoğanı Türkiyənin prezidenti seçilməsi münasibətilə təbrik edib. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təbrik məktubunda deyilir:

"Türkiyə Cümhuriyyətinin Prezidenti

Zati- aliləri Cənab Rəcəp Tayyip Ərdoğan

Çox hörmətli Recep Tayyip Ərdoğan!

Sizi Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməyiniz münasibətilə öz və rəhbəri olduğum Ana Vətən Partiyasının üzvləri adından ürəkdən təbrik edir, şərəfli və çətin fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. Seçkilərin gedişi və nəticəsi göstərdi ki, Sizin bir lider və dövlət xadimi kimi Türkiyədə böyük nüfuzunuz var. Bu bizi sevindirir. Əminik ki, Baş Nazir olduğunuz dönəmlərdəki kimi, prezidentlik illərində də Türkiyə dövlətinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına daha əhəmiyyətli töhfələr verəcəksiniz.

Bu bir həqiqətdir ki, Türkiyə və Azərbaycan dostluğunun möhkəmlənməsində Siz də önəmli rol oynayırsınız. İnanıram ki, bundan sonra da dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin, dostluq və qardaşlığın güclənməsində öz əməyinizi əsirgəməyəcək, bütün sahələrdə olduğu kimi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində də Zati-aliləri Cənab İlham Əliyevlə və Azərbaycan xalqı ilə birlikdə olacaqsınız.

Bir daha Sizi təbrik edir, Sizə möhkəm can sağlığı və prezidentlik fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə