Leyla Yunusun ifşa olunaraq həbs edilməsi antiAzərbaycan mövqeli qüvvələri hərəkətə gətirib. Onlar qüvvələrini birləşdirməklə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy yaratmağa calışırlar. Xüsusi ilə də, Müsavat, AXCP və onlara maddi mənəvi dəstək göstərən ABŞ Dövlət Departamentinin rəsmisi Tom Malinovski, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks, eləcə də "Freedom House" və Norveç Helsinki Komitəsi Leyla Yunusun müdafiəsi ilə bağlı geniş kampaniya aparırlar. Söhbət etdiyimiz müsahiblərimiz bu kampaniyanın əhəmiyyətsiz olduğunu və onların bəd əməllərini demokratik düşüncələri dünya xalqlarına yaxşı məlum olduğunu söylədilər.
Məlahət İbrahimqızı: "Leyla Yunus hər zaman erməni maraqlarından çıxış edib"
Millət vəkili Məlahət İbrahimqızı:
- Leyla Yunus hər zaman xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ziyan vurmağa çalışıb. Faktdır ki, Azərbaycanın beynəlxalq səviyyədə çox yüksək imici var. Azərbaycanın imici olmasaydı, Azərbaycən dövlətinə etibar etməsəydilər BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana 150-dən artıq ölkə səs verməzdi. Bu, çox böyük nailiyyətdir və dovlətimizə, dövlət başçısına olan münasibətdir. Amma Leyla Yunus Azərbaycanda ictimai fəaliyyətə başlayandan onun missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Leyla Yunusun müdafiəsinə qalxanlar onunla eyni mövqeydən cıxış edənlərdir. ABŞ dövlət departamentinin əməkdaşı Tom Manilinovski, AŞPA-nın insan hüquqları üzrə komisarı Nils Mujnieks və digərlərinin Leyla Yunusu müdafiə etmələri qərəzli maraqlarından irəli gəlir. Onlar hər zaman Azərbaycana qarşı qərəzli mövqedə olublar. Bu baxımdan onların fikirlərini ciddiliyə almaq olmaz.
Leyla Yunus öz ana dilində danışa bilmir və deyir ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm, yəni bir adam ki, öz anə dilinə həqarət edir, ondan nə gözləmək olar? L.Yunus Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyərkən də ermənilərlə əməkdaşlıq edib. O zaman Leyla Yunus öz vətəninə, öz xalqına xəyanət edirdi. Elə torpaqlanmızın işğal edilməsində də Leyla Yunusun böyük xidmətləri var. Mən hüquq mühafizə orqanlarının işinə qarışa bilmərəm, onlar özü hər şeyi çox yaxşı bilir. Hesab edirəm ki, Leyla Yunusun hansı əməlində cinayət işi varsa, araşdırılacaq və qanun çərçivəsində layiqli cəzasını.
Mais Səfərli: "Leyla Yunus layiq olduğu cəzanı alacaq"
Yurddaş partiyasının sədri Mais Səfərli:
- Leyla Yunusun fəaliyyəti bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeli olub. O daima Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Belə olduğu halda, cəmiyyət, ictimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin bədəməlli fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibət göstərməlidir. Bunu ən azından vətəndaşlıq mövqeyi tələb edir. Artıq Leyla Yunusa qarşı irəli sürülmüş ittihamlar obyektiv şəkildə arşdırılmağa başlanılıb. Deyəsən, bu dəfə "hüquq müdafiəçisi" "qarınağrısını" bəhanə edib aradan çıxa bilməyəcək. Onu ABŞ-ın ermənipərəst konqresmenləri və ənənəvi amplualrından cıxış edən fonlarda müdafiə edə bilməyəcək. Yəni, Leyla Yunus layiq olduğu cəzanı alacaq.
Elçin Mirzəbəyli: "Leyla Yunusun fəaliyyəti Azərbaycan əleyhinə layihənin tərkib hissəsidir"
BAXCP sədr müavini Elçin Mirzəbəyli:
- Dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq və vergidən yayınmaq ittihamı ilə həbs olunən Leyla Yunusun fəaliyyətinin Azərbaycana qarşı düşmənçilik uzərində qurulduğu hər kəsə
məlum olan faktdır. O fəaliyyətini bütün varlığı ilə yaşadığı dövlətə patoloji nifrət üzərində qurmuşdur. Qəti əminliklə deyirəm ki, özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusun bütün fəaliyyəti Azərbaycana düşmən kəsilmiş çevrələrin hazırladığı böyük layihənin tərkib hissəsidir. Həmin layihəni cızan ABŞ-dakı bəzi ermənipərəs konqpesmenlər, "Norveç İnsan Hüquqları Evi", Beynəlxalq "Amnesty İnternational" təşkilatı uğursuz şəkildə onun müdafiəsinə qalxıblar. Bununlada özləri özlərini ifşa ediblər.
Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan dövləti Leyla Yunusun qanunlara və dəyərlərə məhəl qoymadan ölkə əleyhinə fəaliyyətinə dözümlü yanaşmaqla ifrat humanizm nümayiş etdirib. Açıq deyilməlidir ki, bu şəxsin Azərbaycanın müstəqillik tarixindəki fəəliyyəti dövlət əleyhinə çevrilib - istər Müdafiə Nazirliyində məsul vəzifə tutanda, istərsə də oradakı postundan uzaqlaşdırılandan sonra. Onun Azərbaycana münasibəti bu ölkənin dövlət dilinə sayğısızlığından görünür. Bu baxımdan o layiq olduğu cəzanı almalıdır.
Emin Həsənli: "Şübhə etmirəm ki, istintaqın gedişi Leyla Yunusa qarşı elan olunmuş ittihamları üzə çıxararaq sübut edəcək"
Tərxis Olunmuş Hərbiçi Gənclərini Maaarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli:
- Leyla Yunus Azərbaycanda doğulub, boya başa catsa da, hələ də Azərbaycan dilini öyrənməyib. Bəzi hallarad bu dildə danışmağı özünə rəva görmür. Çünki Azərbaycana nifrətı bu dili öyrənməyinə imkan vermir. O ancaq söyüş söyəndə Azərbaycan dilində danışır. Bunu izahat verməsi üçün purokrorluğa dəvət edildiyi zaman polis əməkdaşlarına qarşı Azərbaycan dilində səsləndirdiyi söyüşlərindən görmək oldu. Təsəvvür edin, bu adamın dövlət əleyhinə fəaliyyəti artıq elə bir həddə çatıb ki, hüquq mühafizə orqanları onu həbs etməyə məcbur oldular. Şübhə etmirəm ki, istintaqın gedişi Leyla Yunusa qarşı elan olunmuş ittihamlarla yanaşı, onun və birgə çalışdığı qrant ortaqlarının digər cinayətlərini də üzə çıxararaq sübut edəcək. Eyni zamanda, o da sübut ediləcək ki, bu şəxsin fəaliyyəti Azərbaycanı gözü götürməyən beynəlxalq ermənipərəst çevrələr tərəfindən stimullaşdmlıb və maliyyələşdirilib.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB