"Hesab edirəm ki, Leyla Yunus qanun qarşısında cavab verməlidir". Bunu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, Leyla Yunusun günahı varsa, cəzalandırılmalıdır, yoxdursa, azadlığa buraxılmalıdır: "Dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz. İnsan vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməlidir. Bu cür hallara göz yummaq olmaz. Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağın başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB