Mehriban Əliyeva mükafata layiq görüldü FOTO

Mehriban Əliyeva mükafata layiq görüldü FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma İncəsənət Akademiyası tərəfindən nüfuzlu "Xidmətə görə" mükafatına layiq görülüb. Bu barədə Roma İncəsənət Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Alfio Mongelli sərəncam verib. SİA-nın xəbərinə görə, bu barədə Diaspor Jurnalistləri Birliyinə Roma İncəsənət Akademiyası prezidentinin köməkçisi Həsən İsgəndərov məlumat verib.

Mehriban xanım İtaliya incəsənətinə və mədəniyyətinə göstərdiyi xidmətlərə görə bu mükafatla təltif edilib. Roma İncəsənət Akademiyasının prezidenti Alfio Mongellinin imzaladığı sərəncamda bildirilir: "Azərbaycan Respublikasının birinci xanımı, hörmətli Mehriban Əliyevaya, incəsənətə və mədəniyyətə göstərdiyiniz diqqət və qayğı görə, gördüyünüz işlərə hörmət və minnətdarlıq əlaməti olaraq Sizi "Xidmətə görə" mükafatı ilə təltif edirəm. Ümid edirəm ki, gələcəkdə Azərbaycan və İtaliya arasında mədəni alaqələr daha da güclənəcək".

Qeyd edək ki, İtaliya tarixində Birinci xanım kimi ilk dəfə Mehriban Əliyeva Roma İncəsənət Akademiyası tərəfindən "Xidmətə görə" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə