Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılmış Milli Strateji Düşüncə Mərkəzi (MSDM) müxalifət düşərgəsində birmnənalı qarşılanmır. SİA-nın xəbərinə görə, son zamanlar Müsavat Partiyası ilə AXCP arasında yaşanan hadisələr ikinci tərəfin adıçəkilən quruma soyuq münasibət göstərdiyini sübut edir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məsələyə münasibətində də etiraf edib ki, onun təmsil olunduğu təşıkilat ümumiyyətlə, Müsavat Partiyası ilə birgə əməkdaşlıq eyməkdə maraqsızdır: "Bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də həvəsimiz. İctimai Palata da AXCP üçün əhəmiyyət daşımırdı. Çünki Milli Şura yaranarkən İP-in fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu".
Fuad Qəhrəmanlı MSDM-in əhəmiyyətsiz qurum olduğunu da istisna etməyib və daha vacib işlərinin olduğunu bildirib: "Daha vacib işlərimiz var. AXCP-nin bu cür məsələlərə vaxt ayıraraq özünü gündəmdə saxlamağa ehtiyacı yoxdur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB