Hafiz Hacıyev İsa Qəmbərlə Əli Kərimlini ələ saldı

“İki avaranın başı bir qazanda qaynamaz”
Hafiz Hacıyev İsa Qəmbərlə Əli Kərimlini ələ saldı

"İsa Qəmbərin "Milli Strateji Düşüncə Mərkəzi" ("MSDM") adlı qurumu təsis etməsi də nəticəsiz bir iş olacaq". Bi fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müsavat başqanı İsa Qəmbərin "MSDM" yaratmasına münasibətini bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, Müsavat başqanının yaratdığı bu qurum da xarici ağalarından verilən növbəti tapşırıqdır: "Düşünürəm ki, "MSDM"-in yaradılmasında xarici qüvvələrin, xüsusilə də İsa Qəmbərin ağalarının əlləri var və onların məqsədi heç də milli strateji düşüncə ətrafında cərəyan etmir. Burada əsas məqsəd dövlətçiliyə qarşı hər hansı bir addımların atılmasıdır. Amma buda alınmayacaq. Çünki avara bir adamın yaratdığı bir qurum da elə avara qurum hesab olunmalıdır".

Hafiz Hacıyev AXCP-nin də "MSDM"-də iştirak edəcəyinə dair iddialara münasibətini bildirib. Partiya sədri deyib ki, bir-birinə əzəli düşmən kəslilən iki şəxs əgər ağaları istərsə, bir yerə ola bilərlər: "İsa Qəmbər və Əli Kərimli öz xarici havadarlarının göstərişləri ilə bir yerdə ola bilərlər. Ancaq çox qısa müddətdə. Hesab etmirəm ki, onlar bu qurumda da bir yerdə uzun müddət qalsınlar. Çünki iki avaranın başı bir qazanda qaynamaz. Ona görə də İsa Qəmbərin bu kimi çıxışlarına ciddi yanaşmaq, əhəmiyyət vermək lazım deyil. Vaxtı çatanda bu düşüncəsizlərin nə qədər "milli strateq" olduğunu hər kəs görəcək".

Qeyd edək ki, bir neçə gün öncə Müsavat Partiyasından mətbuata "Milli Strateji Düşüncə Mərkəzi"nin təsis edilməsi ilə bağlı məlumat ötürülüb. Məlumatda bildirilib ki, "mərkəzin" təsis protokolu qəbul edilib və "MSDM" in məşvərət heyəti formalaşdırılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə