YAP rəsmisi: “Bununla Azərbaycan cəmiyyətini aldatmaq qeyri-mümkün olacaq” AÇIQLAMA
"Müxalifət dairələri hər zaman ölkəmizdən kənarda azərbaycanla bağlı olan məsələləri neqativ planda verməyə çalışır. Hətta onlar Azərbaycanın ünvanına deyilən xoş sözləri və etirafları belə gizlədir. Təbii ki, bu, ilk belə hal deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycanda müxalifət mətbuatının ABŞ Senatında ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyat və insan hüquqları aspektlərinə dair dinləmələrdə yer alan fikirləri təhrif etməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, müxalifət hər dəfə Azərbaycanla bağlı müzakirə olunan məsələləri təhrif edərək, cəmiyyətə yanlış məlumatlar verir: "Təbii ki, ABŞ-da azərbaycanla bağlı ara-sıra dinləmələr keçirilir. Bu dinləmələrdə azərbaycanla bağlı bəzən qeyri-obyektiv fikirlər də səsləndirilir. Son dövrlərdə Azərbaycanın inkişafı hətta ölkəmizin ən qatı tənqidçilərini belə dövlətimizin həqiqətlərini etiraf etməyə məcbur edir. Hesab edirəm ki, ABŞ Senatındakı dinləmələr və onların nəticələri Azərbaycana verilən yüksək qiymətdir".
Müxalifət mətbuatının həmin məsələni neqativ şəkildə verməsinə gəlincə millət vəkili deyib ki, bununla Azərbaycan cəmiyyətini aldatmaq qeyri-mümkün olacaq: "Birincisi, onların oxucu və təsir dairəsi elə də böyük deyil. Bu gün Azərbaycan vətəndaşı müxtəlif mənbələrdən informasiya ala bilir ki, həmin informasiya da müxalifətin iddialarının üstündən xətt çəkir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB