"Əgər Əbülfəz Elçibəyin qardaşı olan Almurad Əliyev bu cür iddia ilə çıxış edibsə, onda həmin şəxsin adını da açıq şəkildə çəkməli idi". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin qardaşına xəyanət edənlərdən yalnız birinin cəzasız qalması iddiasına münasibətini açıqlayarkən deyib.
Partiya sədri eyni zamanda bildirib ki, Almurad Əliyev açıq danışmalı idi: "Yəni bunu tapmaca şəkilində deməməli idi. Bir sözlə, Almurad Əliyevin nəzərində Əli Kərimli ola, ya da olmaya bilər. Bu baxımdan, məsələyə Almurad Əliyevin özü aydınlıq gətirməlidir".
Qeyd edək ki, bir sıra müxalifət partiya sədrləri Almurad Əliyevin bu açıqlamasında əsas hədəfin məhz AXCP sədri Əli Kərimli olduğunu bildiriblər.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB