"İtaliyalılar Azərbaycan haqqında geniş məlumat əldə etmək istəyirlər"

Mikele Sartori : "Azərbaycan Tədqiqatları Mərkəzinin İtaliyanın bölgəsində açılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir"
"İtaliyalılar Azərbaycan haqqında geniş məlumat əldə etmək istəyirlər"

Azərbaycan Tədqiqatları Mərkəzinin İtaliyanın bölgəsində açılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu sözləri azərtac-ın xüsusi müxbirinə müsahibəsində İtaliyanın Leviko Terme şəhərinin meri Mikele Sartori deyib.

M.Sartorinin sözlərinə görə, belə bir mərkəzin açılması ilə ölkələrimiz və bölgələrimiz arasında mədəniyyət, elm və digər sahələrdə əldə etdiyimiz nailiyyətləri bölüşmək üçün imkan yaranacaqdır. Əminəm ki, mərkəz xalqlarımızın müxtəlif sahələrdə ortaq dəyərlərini bölüşməyə töhfə verəcəkdir. Mərkəzin fəaliyyətinin daha da genişlənməsi və qurum vasitəsilə daha yaxın əlaqələr qurulması üçün səylərimizi əsirgəməyəcəyik.

Azərbaycan-İtaliya münasibətlərindən danışan mer ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da dərinləşməsinin vacibliyini vurğulayıb. O deyib: "Azərbaycana getdikcə daha çox maraq göstərən italiyalılar bu ölkə haqqında geniş məlumat əldə etmək istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə