“Azərbaycanda medianın varlığına Cəmil Həsənlinin baxış bucağından yanaşma doğru deyil”
"Azərbaycanda medianın varlığına Cəmil Həsənlinin baxış bucağından yanaşma doğru deyil". Bu fikirləri SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Cəmil Həsənlinin Azərbaycan mətbuatının əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Baş redaktor deyib ki, medianın varlığına oxunma prinsipi ilə yanaşmaq olmaz: "Hər bir media orqanının öz auditoriyası var. Ona görə də bunları bir-biri ilə müqayisə etmək və ölkədə rəy yaratmaq nöqteyi nəzərindən hər hansı bir qəzeti önə çəkmək qəti şəkildə düzgün deyil".
A.Quliyev hesab edir ki, ölkədə ictimai rəyin formalaşmasında hər bir qəzetin öz rolu var: "Hər hansı bir qəzetin bu məsələdə rolunu qabartmaq məsələyə birtərəfli, qərəzli yanaşmanın nəticəsidir".
Qeyd edək ki, Cəmil Həsənli yerli mətbuatda belə bir fikir səsləndirib: "Əgər hakimiyyət mətbuatının saytında hansısa bir yazını 9 nəfər oxuyubsa, bunun nəyi mediadır? Media "Azadlıq" qəzetidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB