"Əgər İsa Qəmbər uçuruma gedən yolu görmək istəyirsə, yadına özlərinin birillik hakimiyyətlərini salsın". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Yeni Müsavata" verdiyi müsahibəsində ölkə hakimiyyətinin yalnız Azərbaycanı deyil, özlərini də uçuruma aparması iddialarına münasibətini açıqlayarkən deyib.
ASDP sədri İsa Qəmbərə xitabən deyib ki, onun təmsil olunduğu hakimiyyətlə indiki iqtidar arasında nəhəng bir fərq mövcuddur: "Bu adamlar bilməlidir ki, onların hakimiyyəti ilə indiki iqtidar arasında yerlə-göy arasındakı qədər fərq var. Bunu görməmək və bu kimi iddialarla çıxış etmək mənə ac toyuq məsələsini xatırladır. Çünki ac toyuq yuxusunda darı görür".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB