Ukraynanın ən böyük ikinci şəhəri olan Xarkov şəhərində referendum qәrarından imtina edildiyi bildirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ukraynanın şərq və cənub-şərq vilayәtlәrindә federal sistemә keçməsi məsələsinin referenduma çıxarılmasını tələb edən "Cənub-şərqi hərəkatı koordinasiya şurası"nın üzvü Yuriy Apuhtin deyib ki, bu gün Xarkovda referendum olmayacq.
Bu gün referenduma hazır olmadıqlarını dilə gətirən Apuhtin Xarkov, Luqansk və Donetsk ilә bağlı ortaq məsələlərdə razılıq әldә edilmәdiyini və bu sәbәbdәn referandum qәrarına qoşulmadıqlarını bildirib.
Apuhtin daha əvvəl verdiyi açıqlamada Donetsk, Luqansk vә Xarkovda eyni gündə referendum olacağını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB