"AXCP-nin Milli Şurada öz üzvlərinin sayını artırmaq elementləri var". SİA-nın məlumatına görə, bu barədə Vətəndaş Hərəkatı Partiyasının Milli Şurada təmsil olunan üzvü, partiyanın ali Məclisinin sədri Rafiq Manaflı son günlər qurum daxilində baş verən narazılıqlara və istefalara münasibətini açıqlayarkən deyib. Onun fikrincə, Milli Şurada bitərəflərin balansı mövcud olduğu üçün bunu pozmaq olmaz: "Hesab edirəm ki, bu balansı siyasi partiyaların xeyrinə pozmaq olmaz".
Xatırladaq ki, AXCP sədri Əli Kərimli Milli Şuraya rəhbərlik etdiyi təşkilatın üzvlərini cəlb etməyə çalışır və onun bu addımı bir çoxları tərəfindən etirazla qarşılanmaqdadır. KXCP-nin də Milli Şuradan ayrılmasının əsas səbəbi kimi məhz bu addım göstərilməkdədir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB