Mais Səfərli: "Leyla Yunusu müdafiə edənlər Azərbaycan qanunlarına hörmət etmirlər"
"Hüquq mühafizə orqanlarının bu məsələ ilə bağlı apardığı işə heç kəs qarışa bilməz. Çünki hüquq mühafizə orqanları öz işlərini çox gözəl bilir". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun və onun əri Arif Yunusun ölkədən çıxmamaları haqqında iltizam vermələrinə rəğmən, Fransa və ABŞ səfirliklərinin dəstəyi ilə Qətərə və oradan da Fransaya qaçmaq cəhdlərinə münasibəti bildirərkən deyib: " Azərbaycan demokratik və hüquqi dövlətdir. Yəni kimliyindən asılı olayaraq, hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs əsassız saxlanılmır. Leyla Yunus və Arif Yunusun saxlanılması ilə bağlı bəzi qüvvələrin bu məsələni özlərinə məxsus formaya yönəltməyə çalışması həmin qüvvələrin Azərbaycan qanunlarına və Konstitusiyasına hörmət etməməlidir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB