Bu gün "Bakı Avrasiya" Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun Universitetin fəal tələbələri ilə görüşü keçirilib. SİA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) prorektoru, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, "Bakı Avrasiya" Universitetinin prorektoru P.Hüseynli, "Bakı Avrasiya" Universitetinin dekanı Ə.Yunusov, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və universitetin fəal tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə universitetin rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib və qeyd edib ki, 2014-cü ilin ilk 3 ayı ərzində idarə tərəfindən görülən işlər uğurla aparılıb.
Daha sonra çıxış edən ADBTİA-nın prorektoru, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, "Bakı Avrasiya" Universitetinin prorektoru P.Hüseynli, "Bakı Avrasiya" Universitetin Tələbə-Gənclər Təşkilatının sədri K.Məhəmmədli Nərimanov rayonunda Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışdılar.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Dövlət Gənclər Siyasəti, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülmüş və görüləcək tədbirlər haqqında geniş məlumat verərək gəncləri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanan "Bakı Avrasiya" Universitetinin 11 fəal tələbəsinə təhsilində və ictimai fəaliyyətində fərqləndinə görə fəxri fərman verilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB