Təmraz Tağıyev: “Leyla Yunus etdiyi əməllərə görə cavab verməlidir”
"Leyla Yunusun dövlətimizə, millətimizə etdiyi xəyanətləri hər kəs bilir. O neçə illərdir ki, xarici dairəlrədən, erməni təşkilatlarından pul alıb anti-milli işlərlər məşğuldur. Ancaq bu çox davam edə bilməzdi". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Leyla Yunusun ötən gün ölkədən qaçarkən saxlanılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Leyla Yunusa Azərbaycandan qaçmaqda kömək edənlər də cəzalarını almalıdırlar: "O bilirdi ki, gec-tez etdiyi cinayətlərin üstü açıalacaq, ermənilərdən aldığı pulların mənbəyi bəlli olacaq və hər kəs onun əsl simasını görəcək. Ona görə də Fransa Səfirliyinin köməkliyi ilə ölkədən qaçmaq istəyib. Biz Fransanın da ermənipərəst mövqeyini bilirik və bu addımı onlardan gözləyirdik. Leyla Yunusun saxlanılması və müxalifətçilərin də onu müdafiə etməsi göstərdi ki, bu cür satqınların hamısı bir mərkəzdən idarə olunurlar. Hesab edirəm ki, onlara qarşı amansız mübarizə aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB