Azərbaycan Prezidenti Belçikanın sabiq nazirini qəbul edib

Azərbaycan Prezidenti Belçikanın sabiq nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının keçmiş baş naziri İv Letermi qəbul edib. SİA-nın məlumatına görə, görüşdə İ.Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd edib.

O, sürətli iqtisadi inkişafa görə Azərbaycanın nümunəvi bir ölkə olduğunu vurğulayıb. Azərbaycanda son illər bir sıra mühüm beynəlxalq tədbirlərin davamlı olaraq keçirildiyini bildirən prezident İlham Əliyev isə II Qlobal Açıq Cəmiyyətlər Forumunun da ənənəvi xarakter alacağına ümidvar olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə