YAP Siyaəzən rayon Təşkilatı Qadınlar Şurası hesabat konfransı keçirib

YAP Siyaəzən rayon Təşkilatı Qadınlar Şurası hesabat konfransı keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyəzən rayon təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfranın işində rayon qadınlar şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.

Konfransın əvvəlində Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, bu gün ölkəmizdə, həmçinin ölkə hüdudlarında kənarda Ümummilli Lider Heydər Əliyevin 91 illk yubileyi ilə əlaqədar geniş tədbirlər keçirilir. Təşkilat sədri rayon qadınlarının fəaliyyətini xüsusi qiymətləndirərək, ölkənin içtimai və siyasi həyatında onların rolunun son dərəcə artdığını qeyd edib.

O, Ulu Öndər Heydər Əilyevin hakimiyyəti dövründə qadınlara verilən qiymətdən söz açıb: "Məhz ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra qadınlara verilən qiymət artdı. Onlar yüksək vəzifələrə irəli çəkildilər. Ölkə qadınların önündə isə YAP-ın siyasi şurasının üzvü, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva gedir. Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin, tarixi abidələrimizin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin inkişafı üçün gördüyü saya gəlməz işlər çox qiymətlidir və bizim qadınlarımız daima onun fəaliyyətindən nümunə götürürlər".

Rayon təşkilatında qadınların sayının getdikcə artmasına toxunaraq bunu YAP-ın nüfuzunun artması ilə əlaqələndirib. O qeyd edib ki, Azərbaycanın həyatında baş verən bütün siyasi kampaniyalarda qadınlar mühüm fəallıq göstəriblər.

Tədbirdə YAP Siyəzən rayon Qadınlar Şurasının sədri Kamilə Yusifova hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, rayon təşkilatının qadınlar şurası hesabat dövründəki fəaliyyətində partiyanın Proqram və nazamnaməsini əldə rəhbər tutub, öz işini Qadınlar Şurasının Əsasnaməsinin tələbləri səviyyəsində qurub. Qadınların partiya sıralarına qəbul olunması, partiyamızın məqsəd və vəzifələrinin yerinə yetirilməsi sahəsində onların siyasi və ictimai fəallığının artırılması daim diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə 146 nəfər qadın YAP üzvülüyünə qəbul olunmaqla, qadınların sayı 1485 nəfərə çatdırılıb. Hazırda rayonda YAP üzvlərinin 45%-ni qadınlar təşkil edir. Onlar rayonun bütün tədbirlərində fəallıq nümayiş etdirir, partiyanın işində daim əzmkarlıqla çalışırlar.

Sonra məruzə ətrafı çıxışlara başlanılıb.

Çıxışlar sona yetdikdən sonra rayon təşkilatı qadınlar şurasının hesabatı qənaətbəxş hesab edilib. Sonra təşkilati məsələ müzakirəyə çıxarılıb. Qadınlar Şurasına 11 nəfərdən ibarət yeni tərkib təsdiq olunub. Sədr Seyidova Ramilə Ruhulla qızı, sədr müavinləri İmanova Əsbə Mirzəli qızı və Əsədullayeva Səadət Balamirzə qızı seçilib. YAP Qadınlar Şurasının respublika konfransına 2 nəfər nümayəndə seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə