Asim Mollazadə: “Ermənilər öz məkrli planlarını pərdələməyə çalışırlar” AÇIQLAMA

Asim Mollazadə: “Ermənilər öz məkrli planlarını pərdələməyə çalışırlar” AÇIQLAMA

"Ermənilər uzun illərdir ki, tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma "erməni soyqırımı" ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ermənilərin uydurma "erməni soyqırımı"na hazırlaşmasına münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, bu gün dünya erməni diasporunun və müstəqilliyini itirən Ermənistanın bir məqsədi var ki, bu da onların ərazi iddiaları ilə bağlıdır: "Təbii ki, bu iddiaları ört-basdır etmək üçün onlar böyük kampaniya aparırlar. Bu kampaniyanın arxasında isə erməni diasporunun böyük vəsaitləri dayanır. Bu gün Ermənistanın ərazi iddiaları bizim bölgəmizdə sabitliyi pozan əsas amildir. Onlar demokratiyadan danışırlar, amma əslində öz məkrli planlarını pərdələməyə çalışırlar. Bu gün hərbi forpost rolunu oynayan Ermənistan bu prosesdə xüsusi ilə seçilməyə çalışır".

Qeyd edək ki, artıq neçə illərdir ki, hər il aprel ayının 24-də ermənilər öz dırnaqarası soyqırımılarını qeyd edir. Qondarma "erməni soyqırımı" birinci dünya müharibəsi dövründə Anadoluda ermənilərin kütləvi soyqırımına məruz qalması kimi izah olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə