ABŞ prezidenti Barak Obama Ukraynaya 1 milyard dollar kredit verilməsi barədə fərmanı imzalayıb. SİA-nın məlumatına görə, qüvvəyə minən qərarla borcla yanaşı Kiyev hökumətinə 150 milyon dollar nəğd pul verilməsinə də imkan yaranıb.
Qərarda həmçinin Ukraynada sülhə, sabitliyə və müstəqilliyə zərər verməkdə ittiham edilən Rus və ukraynalı bəzi vətəndaşlara da sanksiyalar tətbiq ediləcəyi yer alıb.
Digər tərəfdən amerikalı siyasi xadimlər isə Obama rəhbərliyinə, Avropa ölkələrinə təbii qaz ixracatı üçün təzyiqini davam etdirir.
Bu çərçivədə Obama konqressmenlərlə Ağ Evdə bir araya gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB