Ərdoğan: “Səfər çərçivəsində Qarabağ münaqişəsi müzakirə olunacaq”

Ərdoğan: “Səfər çərçivəsində Qarabağ münaqişəsi müzakirə olunacaq”

"Türkiyə və Azərbaycanın münasibətləri müstəsna xarakter daşıyır". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfərindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, ölkəmizə səfəri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regionda iki ölkənin həyata keçirdiyi iri layihələr müzakirə olunacaq: "Azərbaycana səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə və güclənməsinə kömək edəcək. Azərbaycan-Türkiyə əlaqələri bütün dünya üçün nümunədir və hər iki ölkə strateji tərəfdaşdır. Azərbaycan və Türkiyə regionda çox mühüm iqtisadi layihələr həyata keçirirlər. Gürcüstanın da iştirakı ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars qlobal layihələrdir. Azərbaycan qazını Türkiyəyə və Avropaya daşıyacaq TANAP layihəsini həyata keçirmək və Bakı-Tiflis-Qars layihəsinin tez bir zamanda tamamlanması üçün işlər davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə