"Məndə olan məlumata görə, Cəmil Həsənlinin erməni nəvələri ağır xəstəliyə tutulublar. Onların xətəliyinin müalicəsi üçün çoxlu pul tələb olunur. Məhz buna görə də o, evini kirayə verir". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.
"Cəmil Həsənli kimdir ki, dövlət ona qarşı hansısa provakasiya aparsın. O, özünü böyük insanmı zənn edir?!"- deyən partiya sədri söyləyib ki, Cəmil Həsənli də, Əli Kərimli də Azərbaycan xalqı tərəfindən silinib: "Onlara heç kim inanmır. Onları heç kim saymır. Çünki onlar satqındırlar və xəyanətkardırlar. Hələ bu harasıdır ki, bir gün də eşidəcəksiz ki, bunlar öz ailələrini də satıblar".
Hafiz Hacıyev AXCP sədri Əli Kərimli barədə də əlində şok faktlar olduğunu bildirərək qeyd edib ki, AXCP sədri sağalmaz və çox pis xəstəliyə tutulub: "Bildirim ki, AXCP sədri Əli Kərimli cinsi azlıqların nümayəndələri ilə tez-tez ünsiyyətdə olduğu üçün çox pis və sağalmaz bir xəstəliyə tutulub. Hazırda onun vəziyyəti ağırdır."
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB