Asim Mollazadə: “Biz bu istiqamətdə daha çox işlər görməliyik” AÇIQLAMA

Asim Mollazadə: “Biz bu istiqamətdə daha çox işlər görməliyik” AÇIQLAMA

"Biz bu istiqamətdə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün daha çox işlər görməliyik". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Azərbaycan ərazilərini işğal edən Ermənistan dövlətinin vəhşiliyinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, burada söhbət həm tarixi soyqırımılarından, həm də Xocalıda baş verən faciələrdən gedir: "Biz beynəlxalq ictimaiyyəti məlumatlandırmaqla yanaşı, çalışmalıyıq ki, Xocalıya ədaləti təmin edək. Çünki bu kimi cinayətlər cəzasız qalanda dəfələrlə təkrar olunur.

Ermənistan müstəqilliyini itirmiş ərazidir. Bu ərazilərdə hərbi cinayətlər törətmiş şəxslər idarəetməni əlində saxlayırlar. Ermənistan əhalisi müstəqil dövlət kimi heç bir beynəlxalq təşkilatda hərəkət edə bilmir və daimi olaraq öz sahiblərinin əmrlərinə tabe olurlar. Təbii ki, bu, BMT-nin səsverməsində bir daha təkrarlandı. Beləcə, həmin müraciət bütün dünyaya nümayiş olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə