Sərdar Cəlaloğlu: “Hökuməti söymək müxalifətçilik deyil” MÖVQE

Sərdar Cəlaloğlu: “Hökuməti söymək müxalifətçilik deyil” MÖVQE

"Bir insanın intelektual səviyyəsi onun ortaya çıxardığı məhsul ilə müəyyən olunur. Burada təkcə müxalifətin ziyalılıq səviyyəsindən danışmırıq". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlunun radikal müxalifət təmsilçilərini əqli cəhətdən inkişaf etmədiyi fikrinə manasibətini açıqlayarkən deyib.

"Biz əsasən müxalifətin özünün müxalifətçilik ideologiyasının, mövqeyinin elmi izahı şərhindən danışırıq. Bu isə mövcud deyil"-deyə qeyd edəh ADP sədri daha bir məqama toxunaraq vurğulayıb ki, iqtidar belə müxalifətdən fərli olaraq aktiv fəaliyyət göstərir, siyasi strategiyası ilə elmi baxışlarını ortaya qoymağı bacarır: "Faktiki olaraq iqtidar öz siyasi strategiyası ilə bağlı kitablar yazır, məqalələr dərc edir, konfranslar keçirir. Lakin Azərbaycan müxalifətinin ümumi bir mövqeyi yoxdur. Müxalifət ölkəni indiki vəziyyətdən daha üstün yerə qaldırmağın fərqli bir fəlsəfəsini, yolunu göstərməlidir. Höküməti söymək isə müxalifətçilik demək deyil".

"Düşünürəm ki, Fazil bəyin iradı Azərbaycan müxalifətinin mübarizəsinin intelektual müstəvidə apara bilməməsinədir", - deyə qeyd edən Sərdar Cəlaloğlu son olaraq onu da bildirib ki, müxalifətçilik əqli, elmi səviyyədə aparılmalıdır: "Əgər iqtidar tərəfi hər hansı bir məsələni müzakirə edirsə, müxalifət də öz növbəsində elmi şəkildə diskusiya etməlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə