"Fazil Mustafa radikal müxalifət rəhbərləri haqqında yumşaq danışıb. O gərək deyərdi ki, radikal müxalifətdə olanların ağlı yoxdur və onlar ağılsız adamlardır". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafanın radikal müxalifət liderlərinin əqli cəhətdən zəif olması iddialarına münasibətini açıqlayarkən deyib.
"Fazil bəy konkret adlar göstərsəydi, daha yaxşı olardı"-deyə, qeyd edən Hafiz Hacıyev onu da bildirdi ki, əgər radikal müxalifət rəhbərləri ağılsız olmasaydılar 20 ildir ki, özlərini aldatmaz, bir-birilərini didməz, hakimiyyət daxilində hakimiyyət yaratmazdılar: "Düşüncələri olsaydı, xarici dövlətlərə, o cümlədən erməni diasporasına işləməzdilər. Bu baxımdan Fazil bəyin söylədiklərinə münasibətim müsbətdir. Sadəcə o, öz fikirlərini bir az yumşaq formada ifadə edib".
MMP sədri Fazil Mustafadan fərqli olaraq, konkret adlar da çəkib: "Mən deyərdim ki, Qəmbərov İsanın ağlı yoxdur, çaşıb, başı xarab olub, Kərimov Əli artıq pis adətə vərdiş etdiyinə görə xalqımızın üz qarasıdır. Ona qoşulanlar da ondan geri qalmırlar. Həmçinin, Cəmil Həsənli də ermənilərə işləyir, onların kürəkənidir. Onların dərrakələri sıfıra bərabərdir. Azərbaycan xalqı onları yaxşı tanıyır. Xalq onların sifətini daha yaxşı görməlidir. Beləliklə, qarşıdan gələn parlament seçkilərində onların ətrafındakı beş-üç adam da qalmamalıdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB