“Azərbaycanın sərhəd mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” FOTOLAR

“Azərbaycanın sərhəd mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” FOTOLAR

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantları üçün "Azərbaycanın sərhəd mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri" mövzusunda təqdimat keçirilib. Bu barədə SİA-ya DSX-dən məlumat verilib.

Təqdimatda çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsinin təşəkkülü və formalaşması, milli sərhəd mühafizə qüvvələrinin keçdiyi inkişaf yolu, dövlət sərhədlərinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, hazırda həyata keçirilən tədbirlər və Dövlət Sərhəd Xidmətinin gələ­cək­ inkişaf istiqamətləri barədə məlumat verib.

Təqdimatda qeyd olunub ki, ötən dövrdə Dövlət Sərhəd Xidmətinin aparatı, Naxçıvan sərhəd divi­zi­ya­sının, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri qarni­zon­la­rının, "Sərhədçi" idman-olimpiya kompleksinin, Abşeron rayonunun Görədil qəsəbəsində "Sərhədçi" istirahət mərkəzinin, Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksinin, DSX Akademiyasının, Bakı şəhərinin Nərimanov rayonunda 1 ədəd 48 mənzilli, 3 ədəd 88 mənzilli yaşayış binaları, sərhəd xətti boyu 109 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, 1747 mənzildən ibarət 115 yaşayış bina­sı­ xidməti istifadəyə verilib.

E. Quliyev Azərbaycanın dövlət sərhədləri yaxınlığında mövcud olan əməliyyat şəraiti, Dövlət Sərhəd Xidmətində həyata keçirilən ştat-struktur islahatları, hərbi qulluqçuların sosial məişət problemlərinin həlli istiqamətində görülən işlər, dəniz sərhədlərinin mühafizəsi və beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi barədə də kursantlara məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə