"ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində Ermənistan prezidenti Serj Sarkisyanın fikirləri əsas götürərək tərəflərə "sual" ünvanlayıb. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu Ceyms Uorlikin özünün rəsmi "Twitter" səhifəsində yazdığı "Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?" sualını şərh edərkən deyib.
Politoq deyib ki, C. Uorlik bu addımı ilə açıq-aşkar bəyan edir ki, ermənilərin adamıdır: "Azərbaycan Prezidenti İlham Əliyev Hollandiyanın Haaqa şəhərində keçirilən III nüvə təhlükəsizliyi sammiti çərçivəsində Metsamor AES-in vəziyyəti məsələsini qaldırdı. Serj Sarkisyan isə Azərbaycan Prezidenti İlham Əliyevə "cavab" verdi. Bu məlumatı yaymaqla C. Uorlik bildirmək istəyir ki, AES məsələsində mübahisə edən prezidentlər Dağlıq Qarabağ münaqişəsində sülh əldə edə bilərlərmi? Ola bilər ki, belə bir sual olub. Ancaq, düşünmürəm ki, prezidentlər görüşərək Dağlıq Qarabağ məsələsini müzakirə ediblər".
M. Əhmədoğlu vurğulayıb ki, C. Uorlik hansı halda olursa, olsun ermənilər yaxşı görünməyə çalışır: "Onun bu replikasından belə çıxır ki, Azərbaycan Prezidenti Ermənistana xoş getməyən məsələləri qaldırmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB