Araz Əlizadə: “Müsavat Partiyası yağmasa da, guruldayır”

Araz Əlizadə: “Müsavat Partiyası yağmasa da, guruldayır”

"Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməklə, guya çəkisini saxlamaq istəyir, yağmasa da, guruldayır. Mən Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün Tofiq Bəhramov adına stadionu versə belə, oranı doldurmaqları qeyri-mümkündür".

Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının sədri (ASDP) Araz Əlizadə bildirib.

Müsavat Partiyasının qurultay keçirməsi üçün guya Bakı Şəhər İcra Hakimiyyətinin onlara yer ayırmadığına görə məhkəməyə müraciət etməsinə münasibət bildirən ASDP-nin sədri A.Əlizadə qeyd edib ki, bütün partiyaların nizamnamələrində qurultay keçirməklə bağlı maddələr var: "Hamısında da belədir ki, qurultaya nümayəndələri bir neçə nəfər müəyyən edir. Müsavat Partiyasında da bu işi qanunla partiyanın məclisi həyata keçirməlidir. Əgər onlar doğurdan da qurultay keçirmək istəyirlərsə, 500 nəfərlə də keçirə bilərlər. Onların daha böyük yer istəməsini anlamaq olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə