Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə "El" Hərəkatı arasında yaşanan qalmaqal artmaqdadır. SİA-nın məlumatına görə, adıçəkilən hərəkatın Ali Məclis sədri Eldəniz Quliyev yenidən qarşı tərəfi ittiham edərək, VİP-i "oyuncaq qurum" adlandırıb. Əli Əliyevin müavini Ramil Hüseynov isə "ələkçinin qıl verəni" kimi təqdim edilib.
VİP sədrinin müavini Ramil Hüseynov isə öz növbəsində bildirib ki, "El" rəsmisi insanlıqdan çıxıb və nə etdiyini anlamır: ""Eldəniz Quliyev hər tərəfə hürür. Oyuncaq o adama deyirlər. Oyuncaq o adama deyirlər ki, başqasının bostanına daş atır".
Xatırladaq ki, tərəflər arasında uzun müddətdir ki, ən kəskin şəkildə ittihamlar səsləndirilməkdədir. Tərəflər məhkəməyə qədər getsələr də, onların arasında heç bir ümumi razılığa gəlinməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB