Türkiyənin ölkəmizdəki səfiri xalqımızı bayram münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşkun Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bayram mesajında baharın gəlişini və təbiətin oyanışını göstərən, eyni zamanda bolluq və bərəkət nişanı olan Novruz bayramının qardaş Azərbaycan xalqı və türk dünyasına sabitlik, sülh və bərəkət gətirməsi arzu olunur: "Bununla əlaqədar azərbaycanlı qardaşlarımın Novruz Bayramını səmimi qəlbdən təbrik edir, bu gözəl bayramla əlaqədar sevincimi və ən səmimi duyğularımı paylaşıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB