Elçin Mirzəbəyli: “ATƏT-in Minsk qrupunun keçirdiyi görüşlər standart xarakterlidir”

Elçin Mirzəbəyli: “ATƏT-in Minsk qrupunun keçirdiyi görüşlər standart xarakterlidir”

Adından məlum olduğu kimi, bu sadəcə məsləhətləşmələrdən ibarət görüş idi". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlikin "Moskvada həmsədrlərin keçirdikləri məsləhətləşmələrin Dağlıq Qarabağ münaqişəsinin həllində faydası olub" kimi bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu görüşün nə dərəcədə faydalı olmasını demək çətindir: "Bu cür şəraitdə, bu cür görüşlərin reallaşması ilə münaqişənin həll olumasına inanmıram. Hesab edirəm ki, bu kimi görüşlər ATƏT-in Minsk qrupunun həmsədrləri və onların növbəti dəfə görüşmələri baxımından faydalı görüş hesab edilə bilər. Lakin münaqişənin həlli baxımından bir nəticə gözləmirəm. Prinsipial olaraq irəliləyişə nail olmaq üçün, beynəlxalq hüquqdan tələb olunan mexanizmləri hərəkətə gətirmək lazımdır".

"İndiki şəraitdə belə bir mexanizmin həyata keçirilməsi üçün həmsədr ölkələrdə həmin iradənin olduğunu görmürəm və bu kimi sözlərin də sadəcə təsəlli xarakterli olduğunu düşünürəm" - deyə qeyd edən politoloq onu da bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hər halda gördükləri işə bir ad qoymalıdırlar: "Yəni, hər bir görüşün və ya məsləhətləşmənin bir nəticəsi olduğunu nümayiş etdirməlidirlər. Əks halda onların fəaliyyət göstərməsinin heç bir mənası yoxdur. Onlar bunu belə təqdim etməsələr, beynəlxalq qınaqla üzləşmək üçün əsas verə bilərlər. Bu baxımdan da hər görüşdən sonra müəyyən fikirlər səsləndirilir. ATƏT-in Minsk qrupunun apardığı görüşlər standart xarakterlidir. Sadəcə, onlar hər dəfə müxtəlif sinonimlərlə bunu təqdim etməyi bacarırlar. Bir dəfə ümüdverici görüş olduğunu, başqa bir dəfə faydalı olduğunu yenə də deyəcəklər".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə