Əflan İbrahimov: “Gülağa Aslanlı Ukraynaya havadar axtarmağa gedirdi"
"Müsavat və AXCP artıq nə etdiyini bilmir. Onlar özlərini elə aparırlar ki, guya xalq bunlara etimad göstərir və bu etimadın daşıyıcısı kimi artıq xarici ölkələrə səfər edirlər. Əslində isə, onlar çaşqın durumdadırlar, uzun illərdir məğlubiyyətə uğrayırlar. İnsan çaşqın durumda olanda nə edəcəyini bilmir, vəziyyətdən çıxmaq üçün başqalarına ağıl vermək iddiasına düşür. İndi bunlar öz problemlərini həll etmək əvəzinə, guya Ukrayna xalqına dəstək nümayiş etdirirlər". Bu fikirləri SİA-ya açıqlamasında "EL Hərəkatı" Partiyasının sədri Əflan İbrahimov bildirib.
Müsavat başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya baş tutmayan səfərinə münasibət bildirən Ə.İbrahimov deyib ki, Ukraynaya gedib orada Azərbaycandakı radikal müxalifətin hansı biabırçı durumda olduğunu göstərmək lazım deyil: "Gülağa Aslanlı Ukraynaya ona görə getmək istəyir ki, o qarışıqlıqda özlərinə yeni bir havadar tapsınlar. Ancaq bu adam bilməlidir ki, normal siyasi qüvvənin ən böyük dayağı elə xalqdır. Səfirliklərin, diplomatların qapısını pusmaq lazım deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB