ACP-nin kieçmiş lideri Rəsul Quliyevin ənənəvi müxalifət təmsilçilərini siyasətdən getmək təklifi düşərgədə fəaliyyət göstərən partiya rəsmiləri tərəfindən hiddətlə qarşılanıb. SİA-nın məlumatına görə, bu dəfə eks-spikeri hədəfə alan ADP sədri Sərdar Cəlaloğlu olub. Partiya sədrinin fikrincə, əslində, Rəsul Quliyevin özü siyasətdən getməlidir. "Şəxsən mən onun təklifi ilə ADP-yə gəlməmişəm ki, indi də onun tələbləri ilə ordan gedim" –deyə bildirən Cəlaloğlu qeyd edib ki, əslində, onun özü siyasətdən getməklə bağlı ortalığa bir nümunə qoymalıdır: "Rəsul Quliyev özü Azərbaycan siyasətinə ziyan vura-vura başqalarını ittiham edir. Bu adam Azərbaycanda olmadığına görə, ölkədə müxalifətin nə olduğunu aydınlaşdıra bilmir".
Xatırladaq ki, Müsavat Partiyası da eks-spikerin ittihamlarına ciddi baxmadığını bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB