Akif Nağı: “Günel Mövlud erməni lobbisinə işləyir”

Akif Nağı: “Günel Mövlud erməni lobbisinə işləyir”

"Bu qadın normal adam deyil. Onun ağılı, düşüncəsi yerində olsa bu cür açıqlama verməz". Bu fikirləri SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Günel Mövludun Qarabağ icması adından erməni xalqından üzr istəməsinə münasibətini bildirərkən deyib.

Akif Nağının sözlərinə görə, Günel Mövludun ümumiyyəltə, qarabağlılar, Qarabağ icması adından danışmağa heç bir haqqı yoxdur: "Hesab edirəm ki, bu insan erməni lobbisinin təsiri altında işləyir. Bu cür yazılara görə ona maddi dəstək verirlər. Almaniyada oturub özünü dünya dəyərlərinə sadiq hesab edir. Nəyə görə ata-baba torpağından didərgin düşən qarabağlılar, Azərbaycan xalqı ermənilərdən üzür istəməlidirlər?! Bu qadın ancaq ermənilərə xidmət edir. Açıq şəkildə bu cür yazı yazırsa deməli bunun arxasında maddiyyat var. Bu kimi insanlar vicdanını, mənəviyyatını itirmiş insanlardır".

Qeyd edək ki, Günel Mövludun bu kimi xəyanətkar addımı ictimai rəydə kəskin qınaqlara tuş gəlməkdədir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə