Gün ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub

Gün ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə