Mustafa Hacıbəyli: “Lalə Şövkət pullu arvaddır”

Mustafa Hacıbəyli: “Lalə Şövkət pullu arvaddır”

"Əvəz Temirxana Lalə Şövkət 300 manat maaş verir. Bunu onun danması lazım deyil". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli söyləyib.

Mustafa Hacıbəyli, həmçinin, qeyd edib ki, Lalə Şövkətə heç kim pul və maliyyə yardımı göstərmir, çünki onun özünün kifayət qədər maliyyəsi var: "Lalə xanımın özü pullu arvaddır. Ona heç kim pul-para vermir. O da öz pulundan Əvəz bəyə 300 manat maaş verir ki, o da zaman-zaman bunun müqabilində ALP-nin təbliğatını aparır. Lakin onların partiyalarının isə yalnız adı var, heç bir fəaliyyəti yoxdur".

Xatırladaq ki, ALP sədri Əvəz Temirxan son zamanlar Müsavat Partiyasına qarşı bir sıra ittihamlarla çıxış edib və qarşı tərəfi xalqı aldatmaqda suçlayır.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə