Aytən Mustafayeva: “Müxalifəti "şimal soyuğu" danışdırır”

Aytən Mustafayeva: “Müxalifəti "şimal soyuğu" danışdırır”

"Azərbaycanın beynəlxalq nüfuzunu, dövlətlərlə, beynəlxalq təşkilatlarla olan ciddi əlaqələrini hər kəs görür. Günbəgün beynəlxalq arenada çəkimiz artmaqdadır, həm beynəlxalq təşkilatlar, həm də dünya dövlətləri bizim dövlətin atdığı addımları təqdir edir. Müxalifət mətbuatında guya Azərbaycanın beynəlxalq imicinin aşağı düşməsi ilə bağlı gedən yazılar mənasız və həqiqəti əkls etdirməyən subyektiv fikirlərdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

Millət vəkilinin bildirdiyinə görə, Azərbaycan elə layihələr reallaşdırıb ki, bu, bir çoxunu, şimal qonşumuz Rusiyanı da qıcıqlandırır, bizi qısqanırlar: "Müxalifət də "şimal soyuğu"nun təsiri altında danışır. Bəzi dairələrin maraqlarına xidmət edib onların düşmən mövqeyini öz dövlətinə qarşı yönəldirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə