Adıgözəl Məmmədov: “Prezident münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır”

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Rusiyada Avrasiya İqtisadi Birliyi İnsttitunun ekspert-politoloqu Adıgözəl Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyevin göstərdiyi təşəbbüslərə münasibət bildirərkən deyib.

"Lakin ölkə başçısı danışıqların baş tutmayacağı təqdirdə münaqişənin hərbi yolla həllini də istisna etməyib. Düşünürəm ki, bu qədər zaman ərzində Azərbaycan iqtisadiyyatı yetərli qədər inkişaf edib və öz hərbi ehtiyatını olduqca möhkəmləndirib. Azərbaycan nəinki yeni hərbi texnika əldə edir, eyni zamanda bu gün hərbi silah-sursatı istehsal etmək gücündədir", - deyə politoloq bildirib.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə