Rüstəm İbrahimbəyov: "Biz Milli Şuranı yaradanda bildirdik ki, birləşmədə bir sünilik var"
"Biz Milli Şuranı yaradanda bildirdik ki, birləşmədə bir sünilik var". SİA-nın məlumatına görə, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov mediaya verdiyi açıqlamasında Müsavat Partiyasını ittiham edərək bu qənaətdə olduğunu iddia edib.
20 ildir Azərbaycan müxalifəti daxilində müxtəlif dedi-qodular olduğunu deyən İbrahimbəyov düşərgədaxili qarşıdurmalarda yaşanan olayların ictimailəşdirilməsini satqınlıq kimi qiymətləndirib: "Biz öz aramızda bu barədə danışa, söhbətlər apara, bir-birimizə acı sözlər də deyə bilərik. Amma bunu açıq şəkildə xalq qarşısında söyləsək, xalq düşünəcək ki, bunlar bir-biri ilə dil tapa bilmir. Hər halda hər partiyanın, hər şəxsin, hər qurumun öz mövqeyi var, əsas odur ki, satqınlıq olmasın".
Xatırladaq ki, Müsavat Partiyası Milli Şuradan ayrılmasını Rüstəm İbrahimbəyovun xarici ölkələr qarşısında öhdəliklərinin olması ilə əlaqələndirmiş, məhz bundan sonra partiyaya yaxın yazılı və elektron mətbu orqanlar qurum daxilində baş verən görünməyən tərəfləri ictimailəşdirmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB