Tural Abbaslı: “Rauf Arifoğlunun əlində olan faktlar “Azadlıq”ı geri çəkilməyə vadar etdi”

Tural Abbaslı: “Rauf Arifoğlunun əlində olan faktlar “Azadlıq”ı geri çəkilməyə vadar etdi”

"Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Azadlıq" qəzetinə və AXCP sədri Əli Kərimliyə qarşı əlində kifayət qədər materialların olduğunu iddia etməsindən sonra qarşı tərəf ona və Müsavat Partiyasına qarşı ittihamlarını səngidib". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı bildirib.

Müsavat rəsmisi eyni zamanda qeyd edib ki, "Azadlıq" qəzetinin əsassızlığı əvvəlcədən də bəlli idi: "Əlbəttə ki, bir qəzetin baş redaktorunun əlində olan materiallar faktlara əsaslanır və yəqin ki, Rauf Arifoğlu həmin faktlara əmin olduğu üçün istinad edə biləcəyini bəyan edib. İnanıram ki, AXCP və "Azadlıq" qəzeti də həmin faktlardan məlumatlıdırlar və buna görə də Rauf bəyə qarşı irəli sürdükləri ittihamlarını geri götürməli olublar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə