Əli Həsənov: “Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq”

Əli Həsənov: “Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq”

"Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq müvafiq qurumlara lazımı tapşırıqlar verilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, M.Ə.Rəsulzadənin yubileyinin qeyd olunması ilə bağlı proqram mövcuddur: "Proqrama uyğun olaraq tədbirlər həyata keçirilir".

Ə.Həsənov yubileylə bağlı Türkiyədə keçiriləcək tədbirə Azərbaycandan dövlət səviyyəsində nümayəndə heyətinin qatılacağını da deyib./apa/

Bütün xəbərlər Facebook səhifəmizdə