Həsən Kərimov: “Görünür, indi İqbal Ağazadə Müsavat üçün əhəmiyyətli şəxsə çevrilib”
Ümif Partiyasının sədri İqbal Ağazadənin "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində AXCP-ni ittiham etməsi qarşı tərəfin cavabını gecikdirməyib. SİA-nın məlumatına görə, AXCP Ali Məclisinin sədri Həsən Kərimov Müsavat Partiyası ilə yanaşı Ümid sədri İqbal Ağazadəni də hakimiyyətlə iş birliyi qurmaqda ittiham edib: "Bu o İqbal Ağazadədir ki, Müsavat Partiyası heç vaxt onu qəbul etməyib. Hər dəfə müxalifət bir araya gələndə məhz İsa Qəmbər onun birlikdə təmsil olunmamasını şərt kimi irəli sürüb. Bu hər zaman belə olub. İctimai Palata yararananda da məhz İsa Qəmbər İqbal Ağazadənin bu qurumda təmsilçiliyinin əleyhinə çıxmışdı. Amma görünür, indi İqbal Ağazadə Müsavat üçün əhəmiyyətli şəxsə çevrilib".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB