Tural Abbaslı: “Müsavat moratorium aradan qaldırmağa məcburdur”

Tural Abbaslı: “Müsavat moratorium aradan qaldırmağa məcburdur”

"Bizi məcbur edirlər ki, moratoriumu qaldıraq. Həqiqətən bunu çox israrla edirlər. AXCP ağır ittihamlarla üzərimizə gəlir. Sonrada deyirlər ki, güya Müsavat Partiyasının deməyə sözü yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı söyləyib.

Tural Abbaslı həmçinin AXCP sədrinin mətbuat katibi Natiq Ədilovun "Müsavat partiyası son atdığı addımlarla özünü gözdən salıb" fikrinə də münasibət bildirərək söyləyib ki, Natiq Ədilovun bu sözləri demək səlahiyyəti, yetkisi çatmır: "Natiq Ədilov təmsil olunduğu partiyasının işləri ilə məşğul olsun. Müsavat Partiyası qəbul etdiyi qərarların arxasındadır və sonuna qədər də gedəcək".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə