Müsavat başqanın müşaviri: “Mən Milli Şuradayamsa, İsa Qəmbər də burada olmalı idi” İDDİA

Müsavat başqanın müşaviri: “Mən Milli Şuradayamsa, İsa Qəmbər də burada olmalı idi” İDDİA
Müsavat başqanının müşaviri Tofiq Hüseynov İsa Qəmbərin məhz onun təşəbbüsü ilə Milli Şuraya qatılması iddialarına sərt reaksiya verib. SİA-nın məlumatına görə, başqan müşaviri sözügedən məlumatları yayanları təhqir edib: "Bu ifritadır, böhtandır və əclaflıqdır".

Başqan müşaviri eyni zamanda qeyd edib ki, əgər İsa Qəmbər həqiqətən də onun xahişi ilə Milli Şuraya qatılımışdısa, hazırda da bu qurumda fəaliyyətini davam etdirərdi: "Mən Milli Şuradayamsa, İsa Qəmbər də burada olmalı idi…Bu məsələni İsa Qəmbərin özündən də soruşun ki, belə bir şey olubmu?".

Xatırladaq ki, Müsavat Partiyasının Milli Şuradan ayrılmasına baxmayaraq, İsa Qəmbərin müşaviri hələ də adıçəkilən qurumda təmsil olunur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня