Müsavat: "Bu adam öz enerjisini boşa xərcləyir"

Müsavat: "Bu adam öz enerjisini boşa xərcləyir"

Sabir ACP lideri Rəsul Quliyevin Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin siyasi arenadan uzaqlaşdırmaq iddialarına ilk olaraq Müsavat tərəfindən reaksiya verilib. SİA-nın məlumatına görə, Müsavat başqanının müavini Gülağa Aslanlı qarşı tərəfin iddialarını dağıdıcılıq adlandırıb: "Rəsul Quliyevin gücü partiya yaratmağa gücü çatmadı.O, dağıdıcı fəaliyyətinin planlarını da açıqlamalıdır. Çünki bu adam öz enerjisini boşa xərcləyir. O daha yaxşı bir işə başlasa, bəlkə də nəticəsi olar. Amma Müsavat başqanı İsa Qəmbərin partiya sədrliyindən uzaqlaşdırılması R.Quliyev kimilərin xahişi və istəyi ilə həyata keçirilmir".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə