XİN: “Azərbaycan Respublikasının sərhədlərindən kənara kimlər çıxarıla bilər?”

XİN: “Azərbaycan Respublikasının sərhədlərindən kənara kimlər çıxarıla bilər?”

"Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozduqda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və ya məhkəmənin qərarı əsasında Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər". Bu haqda SİA-ya eksklüziv olaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Verilən məlumata əsasən, immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər insan alverindən zərər çəkmiş hesab olunduqda, onlar barəsində

1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma tətbiq edilmir və onlar qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınırlar. Eyni zamanda insan alverinin qurbanı olmuş uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması tətbiq edilmir.

Lakin şəxsiyyətlərini müəyyən etmək mümkün olmadıqda, insan alveri qurbanları Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılır. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş immiqrantların "immiqrant" statusundan məhrum edilməsi və Azərbaycan Respublikası ərazisindən çıxarılması haqqında qərarı məhkəmə qəbul edir.

Qeyd edək ki, immiqrantın Azərbaycan Respublikası ərazisindən çıxarılması haqqında qərar onun ailə üzvlərinə şamil edilmir.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə